“Beşiktaş” qış fasiləsində 5 futbolçu ilə yolları ayıracaq

“Beşiktaş” qış fasiləsində 5 futbolçu ilə yolları ayıracaq

Futbol üzrə Türkiyə Superliqasında işləri yaxşı getməyən İstanbulun “Beşiktaş” klubu, qış fasiləsində 5 futbolçusu ilə yolları ayıracaq. “Fanatik”in yazdığına görə, baş məşqçi Şenol Günəş Tolqa Zəngin, Enzo Roko, Gökhan Törə, Vaqner Lav və Cile Larinin xidmətində maraqlı olmadığını klub rəhbərliyinə bildirib. Adiçəkilən futbolçular Antalya toplanışına aparılmayacaq.

Qeyd edək ki, Superliqada son 3 turda qələbəyə həsrət qalan İstanbul klubu 26 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə