Renat Dadaşov Portuqaliyada ikinci oldu

Renat Dadaşov Portuqaliyada ikinci oldu

Futbol üzrə Portuqaliya Sequndasında çıxış edən klubların baş məşqçiləri mövsümün ilk yarısı üçün ən yaxşı gənc futbolçu seçimini ediblər. Qol.az xəbər verir ki, “Eştoril”də çıxış edən U-21 millimizin üzvü Renat Dadaşov 2-ci olub. Gənc hücumçuya “Benfika”nın B komandasının baş məşqçisi Brunu Laqe və “Mafrı”nın çalışdırıcısı Filipe Martins səs verib.

Ən yaxşı gənc futbolçu isə 6 səs toplayan “Benfika”nın B komandasının üzvü Joau seçilib. Qeyd edək ki, R. Dadaşov bu mövsüm Sequndada 12 oyuna 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə