Kosta-rikalı qolkiper “Real”a "əlvida" dedi

Kosta-rikalı qolkiper “Real”a "əlvida" dedi

“Real”ın qapıçısı Keylor Navas Madrid klubundan ayrılmağa hazırlaşır. Bu barədə İspaniyanın “AS” nəşri xəbər yayıb. Kosta-rikalı qolkiper şəxsi “İnstaqram” hesabına azarkeşlərlə olan şəklini paylaşaraq “Hər şey üçün sağ olun” yazıb.

İspaniya mətbuatı Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalan Navasın karyerasının İngiltərədə davam etdirmək istədiyini yazıb.Qeyd edək ki, 32 yaşlı qapıçı bu mövsüm "Real"da cəmi 8 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə