“Real” ciddi itki ilə üzləşib

“Real” ciddi itki ilə üzləşib

“Real” ciddi itki ilə üzləşib. “El Mundo Deportivo”nun yaydığı xəbərə görə, Madrid klubunun mərkəz yarımmüdafiəçisi Markos Lorente zədələnib. O, komandasının son məşqlərinin birində sol ayağından xəsarət alıb. 23 yaşlı futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Qeyd edək ki, Lorente bu mövsüm “Real”ın heyətində 4 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə