Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb. Bunlar Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon) və Sadio Mane ("Liverpul", Seneqal) və Məhəmməd Salahdır ("Liverpul", Misir).
Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdı. İlin ən yaxşısı isə Salah seçilmişdi. Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB