Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. SİA-nın xəbərinə görə, Sankt-Peterburq şəhərindəki İdman Konsert Kompleksində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq oyunda yığmamızın rəqibi Belarus komandası olacaq.
Qeyd edək ki, millimiz ilk oyunda ukraynalı həmyaşıdları ilə qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb. Qrup çərçivəsində keçirilən digər oyunda isə Belarus yığması Çin millisini 2:1 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB