"Fulhem"in futbolçusu irqçi təzyiqlərə məruz qalıb

"Fulhem"in futbolçusu irqçi təzyiqlərə məruz qalıb

İngiltərənin "Fulhem" klubunun futbolçusu Abubakar Kamara Premyer Liqanın XX turunda "Haddersfild" ilə matçdan sonra irqçi təzyiqlərə məruz qalıb. Bu barədə London təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri məlumat verib.

67 yaşlı mütəxəssis sosial şəbəkələrdə futbolçuya qarşı təhqiramiz ifadələr işlədildiyini deyib: "Klub Kamaraya lazım olan bütün dəstəyi verəcək. İrqçiliyə yol verənlər barədə sərt tədbirlər görüləcək".

Qeyd edək ki, Abubakar Kamara sözügedən qarşılaşmanın 82-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirə bilməyib. Aleksandr Mitroviç 90-cı dəqiqədə fərqlənməklə "Fulhem"ə qələbə qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə