Aaron Remzi "Yuventus"a keçir?

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi "Yuventus"la anlaşmaq üzrədir.
İtaliya mətbuatının yazdığına görə, artıq uelsli yarımmüdafiəçinin Turin klubu ilə imzalayacağı sözləşmənin detalları məlum olub. 28 yaşlı futbolçu "qoca sinyora" ilə 4 illik müqavilə bağlayacaq. Onun illik maaşı isə bonuslarla birlikdə 8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, PSJ də Remzi ilə yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə