Fransa klubu baş məşqçini qovdu!

Fransa klubu baş məşqçini qovdu!

Fransa Liqası təmsilçisi "Dijon" baş məşqçisi Olivye Dall Ollyu ilə yolları ayırıb. Fransız klubunun saytında yer alan xəbərə görə, onunla müqavilə ləğv edilib. Buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Dall Ollyu 2012-ci ildən "Dijon"u çalışdırırdı. Əlavə edək ki, "Dijon" Fransa Liqasında 16 xalla sonuncu-18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə