27 yaşlı futbolçu "Liverpul"dan gedir...

27 yaşlı futbolçu "Liverpul"dan gedir...

“Liverpul”un futbolçusu Nataniel Klayn yanvarda klubu tərk edəcək. “The Mirror” nəşrinin yaydığı xəbərə görə, 27 yaşlı müdafiəçi ilə “Kardiff Siti” yaxından maraqlanır. “Liverpul”da oyun meydana çıxmayan Klaynın qış transfer pəncərəsi dövründə “Kardiff Siti”yə keçməyə müsbət yanaşdığı bildirilir. “Kardiff Siti” Klaynı icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 2015-ci ildə “Sauthempton”dan transfer edilən Klayn bu mövsüm 6 oyunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə