"Çelsi"dən səfər qələbəsi

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir. Bu tur çərçivəsində “Çelsi” səfərdə “Kristal Pelas”la qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

“Kristal Pelas” – “Çelsi” – 0:1

Qol: Nqole Kante, 51


Bu qələbə ilə xalını 43-ə çatdıran London klubu 4-cü pillədə qərarlaşıb. “Kristal Pelas” isə 19 xalla 14-cüdür. Turnir cədvəlinə 54 xalla “Liverpul” başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə