Qurban Qurbanovu komandaya legioner cəlb etməyə nə vadar edir? - ÖZƏL

Qurban Qurbanovu komandaya legioner cəlb etməyə nə vadar edir? - ÖZƏL

"Son qələbələrimiz bizi Azərbaycan Premyer Liqasında ilk 6-a saldı. Mübarizə üçün şansımız yarandı". Bu sözləri SİA-ya açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, yanvarın 9-da komandanın Antaliyaya yollanacağını qeyd edib: "Bir gün sonra bütün komanda ilə məşqlərə başlayacağıq".

Baş məşqçi heyətə cəlb olunacaq futbolçular barədə də danışıb: Komandaya qış transfer dövründə bir neçə yeni futbolçular cəlb olunacaq. İstəmirəm heyətdə legioner oyunçular çoxluq təşkil etsin. Ancaq komandamızda görmək istədiyimiz yerli gənc futbolçuların çoxunun öz klubları ilə müqavilələri var. Ona görə heyətə ən azı bir neçə legioner cəlb edəcəyik".

Q.Qurbanov yarımmüdafiəçi Elvin Məmmədovla may ayınadək müqavilələrinin olduğunu, müqavilə bitəndən sonra danışıqlar aparacaqlarını deyib: "Futbolçuya başqa təkliflərin olması normal haıldır. Çalışacağıq ki, onu da komandada saxlayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə