"Hələlik “Mançester Siti”də hər şey qaydasındadır". Britaniya mətbuatının yazdığına görə, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib. Komandasının mövsümün ilk dövrəsindəki çıxışını dəyərləndirən ispan mütəxəssis çempion olacaqlarını inandığını bildirib: “İlk dövrədə 44 xal yığmışıq. Mövsümün ikinci hissəsində də bunu bacara bilsək, 88 xalımız olacaq. Bu isə çempionluq deməkdir. Son 20 ildə İngiltərə Premyer Liqasında titul qazanan klublara bundan da az xal kifayət edib”.
Qvardiola son vaxtlar əla formada olan əsas rəqibləri “Liverpul”un nəticələrinə də toxunub: “Liverpul”un son 9 oyunda qapısını toxunulmaz saxlayıb, daha çox qol vurması haqda nə demək olar? Bu nöqteyi-nəzərdən mersisaydlılarla rəqabət apara bilmərik. Futbol gözlənilməz nəticələrlə doludur. İki, üç, dörd, hətta 5 oyunda da uduzmaq olar. Bunlar mümkündür. Bu gün məğlub olub, sabah İngiltərə Kubokunda “Liverpul”u üstələyə bilərik”.
Qeyd edək ki, hazırda 44 xalla 3-cü pillədə olan “Mançester Siti” lider “Liverpul”dan 10 xal geri qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB