İtaliyada keçirilən şahmat üzrə beynəlxalq turnirin növbəti turunun oyunları baş tutub. SİA-nın məlumatına görə, 7-ci turda Azərbaycan təmilçisi Vüqar Həşimov ispan Fransisko Valyexo Pons ilə üz-üzə gəlib. Oyunda şahmatçımız qələbə qazanıb.
Digər qarşlaşmaların nəticələrini nəzərinizə çatdırırıq:
Vasili İvançuk (Ukrayna) – David Navara (Çexiya) 0:1
Mixel Qodena (İtaliya) – Nayjel Şort (İngiltərə) 0:1
Sergey Movsesyanla (Ermənistan) - Aleksandr Morozeviç (Rusiya) 0,5:0,5
Aleksandr Onişukla (ABŞ) - Fabiano Karuana (İtaliya) 0,5:0,5
Qeyd edək ki, hələ ki, yarışın lideri V.Həşimov və Fransisko Valyexo Ponsdur. Onların aktivində 4,5 xal var.
S.Movsesyan, D.Navara, A.Onişuk 4, F.Karuana, N.Şort 3,5, V.İvançuk, A.Morozeviç 3, M.Qodena isə 1 xal toplayıb.
Yarışa yanvarın 6-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB