"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb

"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb

“Sabah” klubu qış fasiləsində növbəti futbolçu transferini rəsmiləşdirib. SİA klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.

Təmkin əsas millidə 10 oyun keçirib, 1 qola imza atıb.

Xatırladaq ki, Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Debütant bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə