"Milan"dan Qattuzo açıqlaması: "O bizim üçün dəyərli biridir"

"Milan"dan Qattuzo açıqlaması: "O bizim üçün dəyərli biridir"

"Milan"ın idman direktoru Leonardo komandanın baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayıracaqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, 45 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini deyib: "Qattuzo bizim üçün dəyərli biridir. Onunla yolları ayırmağı heç vaxt düşünməmişik. Qattuzodan uğurlu olmasını gözləyirik. Ümid edirik ki, komanda SPAL-la matçda yaxşı oyun nümayiş etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə