Co Koul yenidən “Çelsi”yə qayıdıb

Co Koul yenidən “Çelsi”yə qayıdıb

Futbol üzrə İngiltərə millisinin sabiq futbolçusu Co Koul yenidən “Çelsi”yə qayıdıb. “The Telegraph” nəşrinin yaydığı xəbərə görə, veteran futbolçu London təmsilçisinin futbol akademiyasında məşqçilik edəcək. Qeyd edək ki, 2003-2010 cu illərdə "Çelsi"də çıxış edən Koul “Vest Hem”, “Çelsi”, “Liverpul”, “Lill” kimi klublarda da oynayıb. O, son olaraq ABŞ-ın “Tampa Bay Rovdeys” komandasında top qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə