Topaz Premyer Liqasının ən bahalı futbolçuları açıqlanıb

Topaz Premyer Liqasının ən bahalı futbolçuları açıqlanıb

Amaniyanın “Transfermarkt” portalı Topaz Premyer Liqada çıxış edən klubların heyətindəki futbolçuların son transfer qiymətlərini açıqlayıb.

Qol.az xəbər verir ki, TPL-in ən bahalı futbolçusu Filip Ozobiçdir. "Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisinin qiyməti 700 min avro artaraq 1,5 milyon avro olub. İlk 10-luqda Ağda klubunun 7 futbolçusu yer alıb. Maksim Medvedev, Simeon Slavçev və Abdullah Zubir 1,2 milyon avro qiymətlə 2-4-cü yerləri bölüşürlər. Qara Qarayev, Bədavi Hüseynov və Mahir Mədətov isə 1 milyon avro qiymətləndirilir. Daha bir milyonluq futbolçu isə “Qəbələ”li Stiven-Cozef Monrozdur. O, 8-ci yerdə qərarlaşıb. Baqali Dabo "(Neftçi") 9-cu, Kiril Petrov ("Neftçi") 10-cudur.



Ən bahalı heyətə "Qarabağ" sahibdir - 15,75 milyon avro. "Neftçi" 2-ci (9,25 milyon avro), "Qəbələ" 3-cüdür (7,43 milyon avro).

Bütün xəbərlər Facebook səhifəmizdə