"Real" futbolçusu Luka Modriçlə razılığa gələ bilmir. Bu barədə İspaniyanın nüfuzlu "AS" nəşri məlumat yayıb. Xəbərdə deyilir ki, Madrid klubu xorvatiyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, 33 yaşlı futbolçu rədd cavabı verib. Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi ilə "İnter" yaxından maraqlanır. Milan təmsilçisi futbolçuya ilinə 10 milyon avro ödəməyə hazırdır. Modriçin isə "Real"la 2020-ci ilin yayına qədər sözləşməsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB