“Məqsədim çempionluq ünvanını qorumaqdır. Bu, mənim üçün çox önəmlidir”. Bu sözləri azərbaycanlı atlet Ramil Quliyev Türkiyə mətbuatına açıqlamasına deyib. 28 yaşlı idmançı hədəfinin yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu olan sabiq atlet Useyn Boltun yerini tutmaq olduğunu bildirib: "Hazırda dözümlülüyü artırmaq üçün məşqlər edirik. Yalnız yarışlardan bir ay öncə sürətli məşqlərə keçirik. Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb. Hədəfim bu boşluğu doldurmaqdır. Məncə, onun yerini tutmaq mümkündür. Dünyanın ən yaxşısı olmaq fərqlidir. Bunun üçün var gücümlə çalışıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB