"Real" bu futbolçu üçün 15 milyon avro ödəyəcək

"Real" bu futbolçu üçün 15 milyon avro ödəyəcək

"Mançester Siti"nin yarımmüdafiəçisi Braim Dias karyerasını "Real"da davam etdirəcək. "Marca" nəşri yazır ki, "Real" 19 yaşlı futbolçu üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək. Dias yeni komandası ilə 6 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 3,5 milyon avro təşkil edəcək. Gələn həftə transferin rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Braim Dias 2014-cü ildə "Malaqa"dan transfer edilib. O, bu ilin yanvarından "şəhərlilər"in əsas komandası ilə məşq edirdi. Gənc fubolçu "MS" heyətində 3 kubok oyununa çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə