İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “İnter”i cəzalandırıb. “Football İtalia” nəşri yazır ki, cəzaya səbəb Milan klubunun azarkeşlərinin irqçi davranışı olub. “Napoli”nin qaradərili futbolçusu Xalidu Kolibali A Seriyasının son turunda “İnter”lə keçirilən görüşdə topa hər toxunuşunda rəqib azarkeşlər meymun səsi çıxararaq ona təzyiq göstəriblər. Bu səbəbdən “İnter” qarşıdakı iki ev matçını azarkeşsiz oynayacaq.
Qeyd edək ki, seneqallı müdafiəçi "İnter"ə 0:1 hesabıı ilə uduzduqları matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB