"Real Sosyedad" yeni baş məşqçiyə tapşırıldı

"Real Sosyedad" yeni baş məşqçiyə tapşırıldı

İspaniyanın "Real Sosyedad" futbol klubunun yeni baş məşqçisi bəlli olub. Klubun saytında yer alan xəbərə görə, La Liqa təmsilçisini İmanol Alqvasil çalışdıracaq. İspaniyalı məşqçi ilə mövsümün sonunda kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Asyer Qaritanonu əvəzləyib.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis buna qədər "Real Sosyedad"ın gənclər komandasına rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə