"Beşiktaş"dan ayrılacağı gözlənilən Vaqner Lav karyerasını Braziliyada davam etdirməyə yaxındır. Türkiyə mətbuatının yazdığına görə, "Korintians" 31 yaşlı hücumçunun transferi üçün İstanbul təmsilçisi ilə razılığa gəlib. Braziliya təmsilçisinin "qara qartallar"a 500-700 min avro arasında təzminat ödəyəcəyi iddia olunur. Qeyd edək ki, bu ilin yanvarından "Beşiktaş"da çıxış edən V.Lav indiyə kimi 29 matçda 11 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB