Felipe Melo “ilin ən qədddar futbolçusu” seçilib

Felipe Melo “ilin ən qədddar futbolçusu” seçilib

Braziliya millisinin sabiq üzvü Felipe Melo qəribə mükafat alıb. SİA-nın məlumatına görə, Braziliyanın “UOL Esporte” nəşrinin keçirdiyi sorğuya əsasən “ilin ən qədddar futbolçusu” mükafatı 35 yaşlı futbolçuya verilib.

Hazırda "Palmeyras"da çıxış edən yarımmüdafiəçi ötən mövsüm 19 sarı və 1 qırmızı vərəqə alıb. O, səslərin 51,8 faizini toplayıb.

Qeyd edək ki, "Yuventus", "İnter" və "Qalatasaray" kimi klublarda çıxış edən Melo bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, futbolçu olmasaydı, qatil olmağı üstün tutardı.

Bütün xəbərlər Facebook səhifəmizdə