Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə turnir başa çatıb

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə turnir başa çatıb

Biləsuvar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə turnir başa çatıb. SİA-nın xəbərinə görə, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərini, Astara, Lənkəran, Cəlilabad, Biləsuvar, İmişli, Ağcabədi, Yevlax, Ağdam, Goranboy, Qubadlı rayonlarını və İran İslam Respublikasının Ərdəbil şəhərini təmsil edən 180 nəfərə yaxın idmançı 40-90 kiloqram çəki dərəcələrində yarışıb.

İki gün davam edən turnirin qalibləri müəyyən edilib.

Full kontakt yarışlarında 16-18 yaşlılar arasında Biləsuvar idmançıları Xəyal Poladov(50 kiloqram), Tərlan Mirzəyev (65 kiloqram) və Ruslan Əmirli (75 kiloqram), İmişli rayonunun təmsilçisi Cavid Əliyev (55 kiloqram), sumqayıtlı Elman Şərifov (60 kiloqram), Cəlilabad idmançısı Murad Zərbəliyev (70 kiloqram) və Sumqayıt nümayəndəsi Cəlal Səfərov (75 kiloqram), 18 yaşdan yuxarı idmançılar arasında Həzi Hüseynov (Bakı-60 kiloqram), Şəhram Qurbanov (Cəlilabad-70 kiloqram), Şamxal Həsənov (Biləsuvar-80 kiloqram) və Eloğlan Həsənov (İmişli-80 kiloqramdan yuxarı çəkidə) birinci yeri tutublar.

Qaliblərə üzərində Milli Qəhrəman Mübariz İbrahimovun şəkli əks olunmuş medallar və diplomlar təqdim edilib.

Turnirdə, həmçinin Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədova, rayon İcra hakimiyyəti başçısının müavini Mirnəsib Kazımova, gənclər və idman idarəsinin rəisi Xalid Rüstəmova, Biləsuvar Olmpiya İdman kompleksinin direktoru Ramiz Məmmədova və İran İslam Respublikasının Ərdəbil şəhərinin təmsilçisi Məhəmməd Mübarikiyə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının fəxri diplomları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə