Qətərdə daha iki stadionun tikintisi başa çatacaq

Qətərdə daha iki stadionun tikintisi başa çatacaq

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına üçün hazırlanan “Əl-Beyt” və “Əl-Vakra” stadionlarının tikintisi tezliklə başa çatacaq. TASS xəbər verir ki, dünya çempionatı üçün səkkiz stadion tikilib və yenidən qurulacaq. Ötən günlərdə artıq Dohada “Xəlifə” Arena istifadəyə verilib.

Qırx min tamaşaçı tutumuna malik “Əl-Vakra” stadionu ərəb gəmisinə oxşar şəkildə hazırlanıb. “Əl-Beyt” stadionu isə 60 min tamaşaçı üçün nəzərdə tutulub və Ərəb çadırını xatırladır. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Qeyd edək ki, dünya çempionatı üçün inşa edilən bütün stadionlar 2021-ci ildə istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə