“Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta “Mançester Yunayted”ə keçə bilər. “AS” nəşri yazır ki, ingilislər braziliyalı futbolçu üçün Turin klubuna 60 milyon avro təklif edib. “Qoca sinyora” isə 28 yaşlı oyunçunun transferindən sabiq yarımmüdafiəçisi Pol Poqbanı qaytarmaq üçün istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Kosta bu mövsüm “Yuventus”un heyətində 16 oyun keçirib və 2 məhsuldar ötürmə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB