“Sabah”ın rəqibləri müəyyənləşib

“Sabah”ın rəqibləri müəyyənləşib

Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub. SİA-nın məlumatına görə, paytaxt klubu yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblər barədə yaxın günlərdə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə