Kuarejma "Beşiktaş"dan ayrıla bilər

Kuarejma "Beşiktaş"dan ayrıla bilər

"Beşiktaş"da ikinci dönəmində iki dəfə çempionluq yaşayan Rikardo Kuarejmanın İstanbul klubundan ayrılmaq ehtimalı yaranıb. SİA-nın məlumatına görə, yaşının çox olması və yüksək əmək haqqı alması səbəbindən İstanbul klubu portuqaliyalı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır. 35 yaşlı futbolçu karyerasına "Portu"da son qoymaq istəsə də, Çindən yarımmüdafiəçiyə maraq var. Əgər Asiya ölkəsindən rəsmi təklif gəlsə, "Beşiktaş" təcrübəli futbolçunu yola salacaq.

Qeyd edək ki, Kuarejma "Beşiktaş"da 2015-ci ildən çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə