Qurban Qurbanov: “Futbolçularla oynayanda hiss edirəm ki, həqiqətən qocalıram” - FOTOSLAYD

Qurban Qurbanov: “Futbolçularla oynayanda hiss edirəm ki, həqiqətən qocalıram” - FOTOSLAYD

Bu gün "İmarət" fanklubu "Qarabağ"ın yarımmüdafiəçisi Aslan Kərimovun doğum günü il əlaqədar olaraq tədbir keçirib. SİA-nın məlumatına görə tədbir Vətəndaş Həmrəyliyi Partiyasının konfrans zalında təşkil olunub. Mərasimdə səbəbkar - Aslan Kərimov, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, klubun futbolçuları Əfran İsmayılov, Rəşad Sadiqov, Rauf Əliyev, "İmarət" fanklubunun idarə heyəti və üzvləri iştirak ediblər.

İlk olaraq fanklubun idarə heyəti "İmarət" adının daşdıığı mənanı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Məlumat verilib ki, "İmarət" "Qarabağ" klubunun ev oyunlarını keçirtdiyi, Ağdamda yerləşən stadion olub. Bu stadionda oynamış futbolçulardan "Qarabağ"ın heyətində olan futbolçu Aslan Kərimovdur.

Daha sonra futbolçuya diplom və hədiyyələr təqdim olunub, ad günü münasibətilə tort kəsilib.

Çıxış edən Aslan Kərimov hazırda qürurverici anlar yaşadığını söyləyib və öz adından təşkilatçılara minnətdarlığını bildirib: "Biz futbolu azarkeşlər üçün oynayırıq, özümüz üçün yox. "Qarabağ" klubu futboldan başqa həm də siyasi məna daşıyır. Biz işğal altında olan Qarabağı dünyada tanıtdırmaq üçün əlimzidən gələni edirik".

Daha sonra söz alan baş məşqçi Qurban Qurbanov bu cür diqqətin futbolçuları daha da həvəsləndirdiyini bildirib. O, Aslan Kərimovu təbrik edərək ona müvəffəqiyyətlər arzulayıb: "Aslan  mənimlə bir klubda, millidə oynayıb. Hazırda mən futbolçularla oynayanda hiss edirəm ki, həqiqətən qocalıram. Aslanla işləmək çox asandır və heç bir problemimiz yoxdur".

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə