FİFA “Qaziantepspor”u cəzalandırıb

FİFA “Qaziantepspor”u cəzalandırıb

FİFA Türkiyənin “Qaziantepspor” klubunu cəzalandırıb. SİA-nın məlumatına görə, hazırda TFF 2-ci liqada mübarizə aparan klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi bu cəzaya səbəb olub.

FİFA “Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib. Məlumatı klubun prezidenti Hasan Şahin də təsdiqləyib.

Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illərdə “Qaziantepspor”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə