"Bavariya" Aaron Remzini transfer etmək istəyir

"Bavariya" Aaron Remzini transfer etmək istəyir

"Arsenal"ın futbolçusu Aaron Remzini heyətində görmək istəyən klubların sayı artıb. SİA-nın məlumatına görə, "Bavariya" da yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Münhen təmsilçisi 2019-cu ilin yayında azad agent statusu alacaq uelsli ilə orta sahəni gücləndirmək fikrindədir. Düzdür, İtaliya "Yuventus"u Remzi ilə ilkin razılıq əldə edib. Amma "Bavariya" uelslinin fikrini dəyişdirə biləcəklərinə əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə