David Silva məşqlərə başlayıb

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva zədəsini sağaldıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ispan futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Onun İngiltərə Premyer Liqasının 19-cu turunun "Lester"lə oyununda meydana çıxa biləcəyi istisna olunmur.

Qeyd edək ki, əzələsində problem olan 32 yaşlı yarımmüdafiəçinin ən azı 3 həftə oynamayacağı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə