PSJ-nin hücumçusu Fransada ilin ən yaxşı futbolçusu seçilib

PSJ-nin hücumçusu Fransada ilin ən yaxşı futbolçusu seçilib

Dünyaca məşhur "France Football" nəşri Fransada 2018-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. Qalib ötən illərdə bu mükafatı qazanmış şəxslərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.

Qeyd edək ki, Mbappe bir neçə gün öncə "France Football" nəşri tərəfindən həm də dünyanın ən yaxşı gənc futbolçu seçilib. 20 yaşlı oyunçu "Qızıl top" mükafatı uğrunda mübarizədə isə 4-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə