Ronaldo "Atalanta" ilə oyunu buraxacaq

Ronaldo "Atalanta" ilə oyunu buraxacaq

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının növbəti turunda "Atalanta" ilə matçda ehtiyatda qalacaq. Bu barədə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri məlumat verib: "Ronaldo sabah ehtiyat oyunçular skamyasında oturacaq. Nəhayət, futbola birlikdə baxacağıq". Qeyd edək ki, M.Alleqri portuqaliyalı hücumçuya istirahət vermək üçün bu addımı atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə