AFFA-nın və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixdə Sabirabad Olimpiya İdman Kompleksində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçıvəsində növbəti tədbir keçirilmişdir. Tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Sabirabad Rayon İH Başçısı Nazim İsmayılov, Sabirabad rayonundan seçilmiş deputat Elçin Quliyev, Millət vəkili İlham Əliyev, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Rayon İH Başçısı Nazim İsmayılov, Millət vəkilləri İlham Əliyev, Elçin Quliyev və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, “Açıq Əyləncəvi Futbol Məktəbləri” – uşaq futbolunun inkişafına xidmət edən bir layihədir. Azərbaycanda 12 ildir ki, icra olunan layihədən ümumilikdə 25 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə istedadlı uşaqları üzə çıxararaq müxtəlif klubların nəzdində olan akademiyalara cəlb edərək peşəkar futbolçu kimi yetişmələrinə ümüd bəsləyirik. Bu da milli kadrların yetişməsinə xidmət edəcək”.
Tədbirin sonunda uşaqlara müxtəlif idman geyimləri və idman ləvazimatları paylanılıb. Sabirabad rayonunun müxtəlif uşaq futbolu komandalarının təqdimatında idman hərəkətləri izlənilib. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB