"Abad məhəllə” şahmat yarışının paytaxt final mərhələsi keçirilib FOTO

"Abad məhəllə” şahmat yarışının paytaxt final mərhələsi keçirilib FOTO

Bu gün Bakı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cari ilin 3 dekabr tarixindən start götürmüş “Abad məhəllə” şahmat yarışının paytaxt final mərhələsi keçirilib.

İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iki mərhələdən ibarət olan bu turnirdə 200-ə yaxın 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak etmişlər. Paytaxt final mərhələsinə vəsiqə qazanmış 22 nəfərin (11 nəfəri qızdır) iştirak etdiyi yarış olimpiya sistemi üzrə maraqlı və gərgin mübarizə şəraitində keçib.

Yekun nəticələrə əsasən qızlar arasında I yerə Xumar Məhərrəmova (Sabunçu rayonu), II yerə Nüşabə Novruzlu (Yasamal rayonu), III yerə Aynur Hüseynova (Qaradağ rayonu), oğlanlar arasında I yerə Ziya Məhəmmədov (Binəqədi rayonu), II yerə Rəvan Uğuzov (Nərimanov rayonu) və III yerə Məhəmməd Həsənzadə (Xəzər rayonu) layiq görülüblər.

Qalib və mükafatçılar Baş İdarənin müvafiq dərəcəli diplom və medalları, həmçinin qiymətli hədiyyələrlə (Şahmat Olimpiadasının maraqlı oyunlarından tərtib olunmuş kitab) təltif olunublar.

Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binların əhatə etdiyi məhəllədə keçirilən yarış sakinlər tərəfindən maraqla izlənmiş və rəğbətlə qarşılanmışdır. Təltif olunmada Baş İdarənin və rayon gənclər və idman idarələrinin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə