PSJ "Napoli"nin iki futbolçusunu transfer etmək istəyir

PSJ "Napoli"nin iki futbolçusunu transfer etmək istəyir

PSJ "Napoli"nin iki futbolçusunu eyni vaxtda heyətə gətirmək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris klubu yarımmüdafiəçilər Markes Allan və Pyotr Zelinskinin transferində maraqlıdır. Bu futbolçular parislilərdən ayrılmağa hazırlaşan Adrien Rabyonu əvəzləyə bilər. Bildirilir ki, "Napoli" yarımmüdafiəçilərini satmaq niyyətində deyil. Yanvarda hər ikisi ilə yeni müqavilə bağlanacaq.

27 yaşlı Allan bu mövsüm A seriyasında 16 oyuna çıxıb. O, aktivinə 2 məhsuldar ötürmə yazdırıb. 24 yaşlı Zelinski isə 17 oyunda 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə