"Barselona" Matteys De Liqti transfer etməyəcək

"Barselona" Matteys De Liqti transfer etməyəcək

"Barselona" "Ayaks"ın futbolçusu Matteys De Liqti transfer etmək fikrindən daşınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb 19 yaşlı müdafiəçinin agenti Mino Rayolanın oyunçunun ən yüksək maaş təklif edəcək kluba transferini həyatə keçirmək istəməsidir. O, De Liqti almaq istəyən klublar üçün hərrac təşkil edəcək. Kataloniya təmsilçisi isə De Liqtə hazırkı maaşından artıq pul təklif etməyi düşünmür.

Qeyd edək ki, De Liqtlə "Yuventus" və "Bavariya"nın da maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə