"AMADA hüquq-mühafizə oraqanları ilə birgə əməliyyat keçirməyi planlaşdırır"
"Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə bilər". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridir: "İdmançıların siyahıları, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidir. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdır".
Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.
Onun sözlərinə görə, peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi qanuna ziddir. Qurumun direktoru bildirib ki, bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB