Şəfəq Hüseynli: "2018-ci ildə 35 antidopinq qayda pozuntusu aşkarlanıb"

Şəfəq Hüseynli: "2018-ci ildə 35 antidopinq qayda pozuntusu aşkarlanıb"

"Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) 2018-ci ildə 817 test keçirib". SİA-nın məlumatına görə, bunu agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu, ötən illə müqayisədə iki dəfə çoxdur: "2017-ci ildə qurum tərəfindən 402 test götürülüb.

Ən çox güləş idman növündə olub - 16,8 faiz. İkinci yerdə futbol (14,9 faiz), üçüncü sırada isə velosiped idman növüdür (11,22 faiz).

2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb. İlk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb. Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib".

Ş.Hüseynli deyib ki, cari ildə Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının Bakıda iclası keçirilib. Həmçinin Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupun Bakıya səfəri olub.

Onun sözlərinə görə, AMADA-nın inspektorları 2018-ci il Qış Olimpiya Oyunlarında, Asiya Oyunlarında çalışıblar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com