David Luis “Çelsi” ilə yeni müqavilə imzalamayacaq

David Luis “Çelsi” ilə yeni müqavilə imzalamayacaq

“Çelsi”nin futbolçusu David Luis klubu ilə yeni müqavilə imzalamayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçi 2019-cu ilin yayında - sözləşməsi başa çatanda London təmsilçisindən ayrılacaq.

Təcrübəli futbolçu “zadəganlar”la uzunmüddətli müqavilə bağlamaq istəsə də, klub 30 yaşdan yuxarı oyunçularla 1 ildən artıq müddətə saziş imzalamayacağını açıqlayıb. Bu təkliflə razılaşmayan Luis yayda klubdan ayrılmağa qərar verib.

Qeyd edək ki, D.Luis bu mövsüm Premyer Liqada 17 oyun keçirib və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə