Kunq-Fu üzrə Prezident Kuboku keçirilib - FOTOLAR

Kunq-Fu üzrə Prezident Kuboku keçirilib - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Kunq-Fu üzrə Prezident Kuboku keçirilib. SİA-nın məlumatına görə, 300-ə yaxın idmançının iştirak etdiyi yarışın əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsini artırmaq və bütün dünyada yaşayan azərbaycanlıları idmanın ətrafında birləşdirməkdir.

Yarışı açıq elan edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov idmançılarımıza hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə bütünlüklə idman ictimaiyyəti adından minnətdarlığını bildirib. N.Aslanov ölkə başçısının apardığı idman siyasətində, idman hərəkatının güclənməsində var gücləri ilə çalışdıqlarını, Onun ətrafında sıx birləşdiklərini diqqətə çatdırıb.

Digər çıxış edənlər Prezident İlham Əliyevin apardığı idman siyasətinə dəstək verdikləri üçün qürur duyduqlarını, idmançıların hər zaman yanında olduqlarını ifadə ediblər.

Peşəkar döyüşlərin baş tutduğu qala gecəsində 14 çəki dərəcəsində güclərini sınayan idmançılar Prezident Kubokuna və fəxri diplomlara layiq görülüblər.

Qeyd edək ki, yeniyetmələr arasında Fərid Kazımov, gənclər arasında 65 kq çəki dərəcəsində Ruslan Hüseynov, böyüklər arasında Səxavət Həsənov, Murad Qasımov, Toğrul Mikayılov, Ellər Orucov, Erkin Osmanov, Rauf Gərayzadə, Şənlik Talıbov, Cahangir Qasımov, Xəyyam Səfixanov birincilik qazanaraq Prezident Kubokuna sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə