"Beşiktaş”dan ayrılacaq daha bir futbolçu müəyyənləşib

"Beşiktaş”dan ayrılacaq daha bir futbolçu müəyyənləşib

Bu qış "Beşiktaş”dan ayrılacaq daha bir futbolçu müəyyənləşib. Qol.az-ın "Fanatik”ə istinadən yaydığı xəbərə görə, Vaqner Lav İstanbul klubunu tərk etməyə hazırlaşır. "Ağ-qaralar"la 2020-ci ilin iyununa qədər müqaviləsi olan 34 yaşlı braziliyalı hücumçu qarşılıqlı razılaşma əsasında klubdan ayrılacaq. Lavın karyerasını ölkəsində davam etdirəcəyi bildirilir. Futbolçu "Flamenqo” klubu ilə razılığa gəlib.

V.Lav bu ilin yanvarından "Beşiktaş"da çıxış edirdi. Qeyd edək ki, "Beşiktaş” bir müddət əvvəl mərkəz müdafiəçisi Pepe ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə