Fatih Terim “Qalatasaray”la 200-cü qələbəsini qazanıb

Fatih Terim “Qalatasaray”la 200-cü qələbəsini qazanıb

Türkiyə Superliqasının 17-ci turunda keçirilən 17-ci turunda keçirilən "Qalatasaray" - “Sivasspor” oyunu (4:2) meydan sahiblərinin baş məşqçisi Fatih Terim üçün əlamətdar olub. Türkiyə mətbuatı yazır ki, təcrübəli mütəxəssis bununla “Qalatasaray”la 200-cü qələbəsini qazanıb.

“Qalatasaray” turnir cədvəlində 17 turdan sonra 29 xalla 5-ci sırada qərarlaşıb.Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “Qalatasaray”ı çalışdıran Terim, 2017-ci ilin dekabrından yenidən İstanbul klubunun baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə