“Bakı futbol klubu”nun üzvləri 2 nömrəli Uşaq-Gənclər şahmat idman məktəbinin qonağı olublar

“Bakı futbol klubu”nun üzvləri 2 nömrəli Uşaq-Gənclər şahmat idman məktəbinin qonağı olublar

"Bakı futbol klubu"nun üzvləri və azarkeşləri 2 nömrəli Uşaq-Gənclər şahmat idman məktəbinin qonağı olublar. SİA-nın xəbərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş ənənəvi şahmat turnirinin bağlanış və mükafatlandırma mərasiminin qonağı olan "Bakı"lılar qalibləri təbrik ediblər.

Məktəbin direktoru Elvin Hüseynov çıxışında diqqətə görə təşəkkürünü bildirməklə bərabər, belə tədbirlərin mütəmadi xarakterli olmasını arzuladığını vurğulayıb. Sonda uşaqlar "Bakı futbol klubu"nun tarixi və nəticələrinə aid viktorinada iştirak ediblər.

Azərbaycan milli komandası və "Bakı" futbol klubunun üzvü Fabio Luis Ramim qaliblərə klub tərəfindən ayrılmış xüsusi mükafatlar təqdim edib.

Uşaqlar da öz növbəsində qonaqlara hədiyyələr veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə