Hernandes "Bavariya"ya keçə bilər?

Hernandes "Bavariya"ya keçə bilər?

"Atletiko"nun müdafiəçisi Lyuk Hernandes "Bavariya"ya keçə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransalı münhenlilərlə 4 illik müqavilə bağlayacaq. Hernandes yeni klubunda ilinə 8,5 milyon avro məvacib alacaq. "Atletiko" isə onun tələb etdiyi məbləği verə bilmir. Çünki La Liqa qaydalarına görə, komandanın bütün futbolçularının ümumi məvacibi 293 milyon avrodan yuxarı ola bilməz.

Ümumiyyətlə, "Atletiko"da futbolçuların maaşlarında böyük fərq var. Bu isə narazılıq yaradır. Məsələn, Tomas Parti bu məsələyə etirazını açıq şəkildə bildirib.

Bir müddət əvvəl deyilirdi ki, Münhen klubu Hernandesin transferinə 80 milyon ödəməyə hazırdır. Lakin "Atletiko" rəhbərliyi xəbəri təkzib etmişdi. Baş məşqçisi Dieqo Simeone isə müdafiəçinin gedəcəyini təsdiqləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə