Şahmatçımız “Australian Masters-2018”də 4-cü olub

Şahmatçımız “Australian Masters-2018”də 4-cü olub

Şahmat üzrə “Australian Masters-2018” beynəlxalq turniri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı, beynəlxalq usta Kənan İzzət 9 oyundan 5 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

Turnirdə ən yüksək nəticəni 9 oyundan 7,5 xal toplayan avstraliyalı qrossmeyster Anton Smirnov göstərib. Avstraliyalı digər şahmatçı, beynəlxalq usta Bobbi Çenq 6,5 xalla ikinci, özbəkistanlı qrossmeyster Andrey Kvon 6 xalla üçüncü yerləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə