"Napoli" müdafiəçi Kalidu Kulibaliyə yeni müqavilə təklif edib. SİA-nın məlumatına görə, şərtlər artıq razılaşdırılıb və yaxın günlərdə müqavilə imzalanacaq. 27 yaşlı futbolçu ilinə 6 milyon avro məvacib alacaq. Beləliklə, seneqallı "Napoli"də ən çox qazanan futbolçu olacaq. Yeni müqavilədə Kulibalinin satış qiyməti göstərilmir. Bu isə o deməkdir ki, onu əldə etmək istəyən klublar "Napoli"nin prezidenti Aurelio De Laurentislə danışıqlar aparmalı olacaq.
Müdafiəçi "Napoli"yə 2014-cü ildə "Genk" klubundan keçib. Onun transferinə 7,75 milyon avro xərclənib. Futbolçu bu mövsüm A seriyasında 17 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB